Əsas məzmuna keç

ABŞ-nin İrana qarşı müharibə xərcləri 1 trilyon dollar ola bilər

ABŞ-nin İrana qarşı müharibə xərcləri 1 trilyon dollar ola bilər

Pentaqonun əlavə büdcə sorğusu gündəmdədir. Stiven Feynberq və Konqres müzakirələri fonunda İsrail-İran gərginliyinin qlobal iqtisadiyyata təsiri nə olacaq?

ru en

Müdafiə Nazirliyinin İrana qarşı mümkün əməliyyatların və digər qeyri-hərbi öhdəliklərin maliyyələşdirilməsi üçün əlavə 80 milyard dollara ehtiyacı olduğu bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ müdafiə nazirinin müavini Feynberq bu həftə ölkə qanunvericilərinə Pentaqonun əlavə maliyyə vəsaitinə ehtiyac duyduğunu açıqlayıb.

Proseslə tanış olan, adı açıqlanmayan mənbənin sözlərinə görə, əlavə maliyyələşdirmə ilə bağlı rəsmi sorğu yaxın günlərdə Konqresə təqdim oluna bilər.

Nəşr qeyd edir ki, ABŞ və İsrailin İranla mümkün qarşıdurmasının ümumi maliyyə dəyəri hələ də dəqiq hesablanmayıb.

Bununla belə, ekspertlərin qiymətləndirməsinə əsasən, münaqişənin ABŞ iqtisadiyyatına vuracağı ümumi zərər və xərclər 1 dollara qədər yüksələ bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…