Əsas məzmuna keç

Çin dövlət banklarına ABŞ istiqrazlarının alışını məhdudlaşdırmağı tapşırıb

Çin dövlət banklarına ABŞ istiqrazlarının alışını məhdudlaşdırmağı tapşırıb

Pekin geosiyasi gərginlik fonunda maliyyə risklərini azaltmaq üçün ABŞ dövlət borc kağızlarına olan asılılığını zəiflədir.

en ru

hakimiyyəti ölkənin xarici valyuta ehtiyatlarının idarə edilməsində strateji dəyişikliyə , bəzi dövlət banklarına "U.S. Treasuries" ( istiqrazları) alışını azaltmaq barədə göstəriş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu addım artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənliyi fonunda rəsmi Pekinin daha ehtiyatlı mövqe nümayiş etdirdiyini göstərir.

Onilliklər ərzində ticarət profisiti hesabına formalaşan ehtiyatlarını istiqrazlarında saxlayan Çin, bir zamanlar bu aktivlərin 1.3 trilyon dollardan çoxuna sahib idi.

Lakin 2025-ci ilin sonuna olan məlumata görə, bu rəqəm kəskin azalaraq 770 milyard dollara düşüb.

Yeni təlimat aktivlərin kütləvi şəkildə satılmasını deyil, yeni alışların məhdudlaşdırılmasını və daha seçici yanaşmanı nəzərdə tutur.

Pekin ABŞ aktivlərindən asılılığı azaltmaq üçün portfelini diversifikasiya edir.

Son iki ildə Çin digər ölkələrin istiqrazlarına, infrastruktur layihələrinə və xüsusilə qızıl ehtiyatlarına yatırımları artırıb. Mütəxəssislərin fikrincə, bu proses qlobal bazarlarda qəfil sarsıntı yaratmadan, uzunmüddətli strateji müstəqillik məqsədi daşıyır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…