Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Venesuela neft yataqlarına nəzarət üçün danışıqlar aparır

2 dəq
Paylaş:
ABŞ Venesuela neft yataqlarına nəzarət üçün danışıqlar aparır

ABŞ Venesuelanın yataqlarına çıxış əldə etmək üçün aparır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ rəsmiləri “Axios”a açıqlamalarında Vaşinqtonla Karakas arasında Venesuelanın neft ehtiyatlarına çıxışla bağlı intensiv danışıqların getdiyini təsdiqləyiblər. Müzakirələrə ABŞ Marko Rubio və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges rəhbərlik edir. Ağ Evin Aparat rəhbərinin müavini Stiven Millerin də prosesdə fəal iştirak etdiyi bildirilir.

Məlumata görə, müzakirə olunan plan Venesuelanın təxminən 300 milyard barel həcmində qiymətləndirilən bütün neft ehtiyatlarını deyil, 10-dan çox aktiv yatağı əhatə edir. Bu yataqlarda ümumilikdə təxminən 90 milyard barel neft ehtiyatının olduğu bildirilir.

Plan çərçivəsində ABŞ hökumətinin sözügedən yataqlarda birbaşa mülkiyyət payı əldə etməsi nəzərdə tutulur. Yataqların istismarı prosesinə isə ABŞ şirkətləri də daxil olmaqla, müxtəlif özəl firmaların cəlb edilməsi planlaşdırılır.

Rəsmilərin sözlərinə görə, mümkün sazişin həyata keçirilməsi hökumətinə əlavə gəlir əldə etmək imkanı verə bilər. Eyni zamanda, ABŞ-nin bu resurslara çıxışının ölkənin mövcud neft ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

ABŞ rəsmiləri potensial razılaşmanı “tarixi və son dərəcə əhatəli” kimi qiymətləndirirlər. Sazişin reallaşacağı təqdirdə bunun həm təhlükəsizliyinə, həm də Vaşinqtonla Karakas arasında iqtisadi münasibətlərin yenidən qurulmasına ciddi təsir göstərəcəyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə