Əsas məzmuna keç

Sabah 33 dərəcə isti olacaq

Sabah 33 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti sentyabrın 13-ü üçün proqnozu açıqladı: Bakı və bölgələrdə hava necə olacaq? Rayonlarda dolu və leysan ehtimalı var.

ru en

Azərbaycanda sentyabrın 13-də 33 dərəcə isti olacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gcə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı cənub-şərq rayonlarında və dağlıq ərazilərdə qısamüddətli xarakterli olacağı, şimşək çaxacağı, düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…