Operativ Məlumat Mərkəzi

HƏMAS İsraillə danışıqlardan imtina edib

2 dəq
Paylaş:
HƏMAS İsraillə danışıqlardan imtina edib

Fələstinin hərəkatının nümayəndəsi bildirib ki, İsrail ordusu əməliyyatları davam etdirənədək girovlarla bağlı danışıqlara qayıtmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Axios portalı məlumat yayıb.

"HƏMAS sözçüsü nikbinliyi dağıdıb və İsrail Qəzza zolağında müharibəni davam etdirərkən hərəkatın müqaviləsi ilə bağlı danışıqları davam etdirməyəcəyini söyləyib", - agentlik bildirib.

“Reuters” xəbər verib ki, İsrail və HƏMAS arasında Qəzza zolağında saxlanılan israilli girovlarının azad edilməsi ilə bağlı danışıqlar gələn həftə başlamalıdır. Bu barədə qərar İsrailin "Mossad" kəşfiyyatının rəhbəri David Barneanın ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və Qətərin Məhəmməd bin əbdülrəhman bin Cassim Al Tani ilə görüşündən sonra qəbul edilib.

İsrailin Hərbi Kabineti 2023-cü ilin oktyabrında HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin İsrail həbsxanalarındakı fələstinli məhbuslara dəyişdirilməsi ilə bağlı danışıqlara qayıtmağı tapşırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax