Əsas məzmuna keç

"Körfəz ölkələri Qəzzada təhlükəsizlik infrastrukturu yaratmalıdır"

"Körfəz ölkələri Qəzzada təhlükəsizlik infrastrukturu yaratmalıdır"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens hesab edir ki, ölkələri hərəkatının tərksilahına nəzarəti təmin etmək üçün təhlükəsizlik infrastrukturu formalaşdırmalıdırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Vens "Agence France-Presse"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vaşinqton HƏMAS-ın tərksilahını Qəzzada sülhün əsas şərti hesab edir:

“Bizim müttəfiqlərimiz - Körfəz ölkələri - hələlik HƏMAS-ın tərksilahını təmin edə biləcək təhlükəsizlik infrastrukturuna malik deyillər. Bu istiqamətdə işlərin sürətləndirilməsi vacibdir”.

Vitse-prezident həmçinin qeyd edib ki, bu məsələdə regional müttəfiqləri ilə sıx koordinasiya aparır.

Məlumata görə, yaxın günlərdə J.D. Vens və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff İsrailə səfər edəcəklər.

Xatırladaq ki, oktyabrın 19-da İsrail ordusu Qəzzanın Rəfah şəhəri yaxınlığında atəşkəsin pozulduğunu bildirib. Nəticədə iki İsrail əsgəri həlak olub, bir nəfər yaralanıb. İsrail baş naziri Benyamin Netanyahu hadisəyə görə HƏMAS-ı ittiham edib və hərbi qüvvələrə “radikallara qarşı hərəkət görmək” əmri verib. HƏMAS isə Rəfahdakı insidentlə əlaqəsini təkzib edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…