Əsas məzmuna keç

Tramp Qəzzada sonuncu girovun cəsədinin tapıldığını açıqladı

Tramp Qəzzada sonuncu girovun cəsədinin tapıldığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Qəzzada saxlanılan bütün sağ və ölü girovların geri qaytarıldığını, sonuncu əsgərin cəsədinin aşkarlandığını bildirib.

ru en

Prezidenti özünün "Truth Social" hesabında verdiyi açıqlamada Qəzzadakı bütün girovların – həm sağ qalanların, həm də həlak olanların tamamilə alındığını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Tramp qeyd edib ki, sonuncu girovun cəsədinin tapılması ilə bu proses yekunlaşıb.

"Qəzzadakı sonuncu girovun cəsədini çıxardıq. Beləliklə, sağ qalan 20 girovun hamısını və həlak olanların hamısını geri qaytardıq! Möhtəşəm bir işdir. Çoxları bunun qeyri-mümkün olduğunu düşünürdü".

İsrail ordusu tərəfindən verilən rəsmi məlumata görə, tapılan sonuncu girovun Ran Qvili adlı əsgər olduğu müəyyən edilib.

HƏMAS qruplaşması isə cəsədin məhz onların verdiyi koordinatlar və məlumatlar sayəsində tapıldığını iddia edib.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu "Rəfah" sərhəd keçid məntəqəsinin açılması üçün Qvilinin cəsədinin tapılmasını əsas şərt kimi irəli sürmüşdü. Sərhəd qapısının yalnız bu prosesdən sonra fəaliyyətini bərpa edə biləcəyi bildirilmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…