Əsas məzmuna keç

Ərdoğan: Qarabağda dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur

Ərdoğan: Qarabağda dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qurur mənbəyidir. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İğdır...

en ru

Şuşada, Füzulidə, Laçında dalğalanan bayrağı Türkiyənin də qurur mənbəyidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri Prezidenti Rəcəb Tayyip Ərdoğan İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Türkiyə müraciətində qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələri güclənəcək, həm də Türkiyə ilə Türk dünyası arasında yeni bir bağlantı imkanı yaranacaq:

"Qarabağın zəfər sevincini birlikdə yaşadığımız kimi, Qafqazda sülh və rifah üçün də eyni qərarlılıqla çalışacağıq. Türkiyə tarix boyunca Qafqaz bölgəsinin acılarını da, sevincini də paylaşdı. Ortaq tariximizdən aldığımız güclə gələcək nəsillərə sülh və sabitlik mühitinin bərqarar olduğu regionu təhvil vermək istəyirik".

Rəcəb Tayyib Ərdoğan həmçinin İlham Əliyev ilə "Bir millət, iki dövlət" anlayışı əsasında imzalanan Şuşa Bəyannaməsi sayəsində iki ölkə arasındaki əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini də vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…