Əsas məzmuna keç

İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı reydlər keçirdi

İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı reydlər keçirdi

İsrail hərbçiləri tərəfindən həyata keçirilən basqınlar nəticəsində çox sayda fələstinli qazdan zərər çəkib, yaşayış evlərinə ziyan dəyib.

en ru

İordan çayının qərb sahilində İsrail qüvvələrinin keçirdiyi hərbi əməliyyatlar fonunda gərginlik yenidən artıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi “WAFA”nın məlumatına görə, İsrail ordusu bölgənin müxtəlif ərazilərində reydlər keçirib.

İsrail hərbçiləri şəhərinin cənubunda Beyt Fuccar qəsəbəsinə daxil olaraq bir neçə məhəllədə mövqe tutublar. Əməliyyat zamanı fələstinlilərin evlərinə basqın edilib və axtarışlar aparılıb.

Məlumata görə, hərbçilər reydlər zamanı səs bombaları və gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə bir sıra yerli sakin zərər çəkib, bəzi şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

İsrail qüvvələrinin əməliyyatları Beyt Fuccarla məhdudlaşmayıb. Beytüllahimin cənub-şərqində yerləşən Takku qəsəbəsi, eləcə də Dar Salah, Eş-Şevavire, Za'tara, Halayil əl-Levz və Ebu Nuceym bölgələrində də reydlər keçirildiyi bildirilir.

mənbələrinin məlumatına görə, axtarışlar zamanı bəzi yaşayış evlərinə və əmlaka ciddi ziyan dəyib.

Bundan başqa, “Fələstin Səsi” radiosunun məlumatına görə, işğal altındakı Şərqi Qüdsün Biddu kəndinin girişində də İsrail əsgərləri qaz bombalarından istifadə edib.

2023-cü ilin oktyabrından, hərbi əməliyyatların başlamasından sonra və Şərqi Qüdsdə İsrail ordusunun və yəhudi məskunlaşanların basqınlarının artdığı bildirilir.

Fələstin tərəfi bu addımların ərazilərin ilhaqına zəmin yaratmaq və bölgədəki fələstinliləri təcrid etmək məqsədi daşıdığını iddia edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…