Əsas məzmuna keç

İsrailin Qəzzaya hücumu nəticəsində bir ailə məhv edilib

İsrailin Qəzzaya hücumu nəticəsində bir ailə məhv edilib

Qəzzanın cənubunda yerləşən yaşayış binasına edilən hava hücumu ana və dörd övladının ölümü ilə nəticələnib.

en ru

rejiminə baxmayaraq hərbi əməliyyatlar davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Mülki Müdafiə İdarəsinin yaydığı məlumata əsasən, İsrail ordusu Qəzza şəhərinin cənubunda yerləşən əs-Səlasin küçəsində "əl-Mısri" ailəsinə məxsus evi hədəf alıb.

Məlumata görə, hücum nəticəsində bir fələstinli ana və onun dörd övladı — üç qızı və bir oğlu həyatını itirib. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə və xilasetmə briqadaları binada baş vermiş yanğını söndürərək dağıntılar altından cəsədləri çıxarıblar.

Qeyd edək ki, 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar davam edir. 2023-cü ilin oktyabr ayından bəri davam edən münaqişə nəticəsində bölgədə həyatını itirənlərin sayının 73 mini ötdüyü bildirilir. Beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, mülki əhali arasında itkilər artmaqda davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…