Əsas məzmuna keç

Qəzzada son sutkada 8 nəfər həyatını itirib

Qəzzada son sutkada 8 nəfər həyatını itirib

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində insan tələfatı artmaqda davam edir.

en ru

İsrail ordusunun zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ölən və yaralananların sayı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun son sutkada həyata keçirdiyi hücumlar nəticəsində 7 mülki şəxs həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan əlavə, əvvəlki hücumlar zamanı yaralanan 1 nəfər müalicə aldığı xəstəxanada vəfat edib.

Bildirilib ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən rejimindən bəri ölənlərin sayı 1092 nəfərə çatıb. Həmin dövrdə dağıntılar altından 799 nəfər çıxarılıb, 3507 nəfər isə yaralanıb.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən davam edən hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərin ümumi sayı 73 118, yaralananların sayı isə 173 615 nəfərə yüksəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…