İdris Balakişi oğlu İsayev
Elm və təhsil nazirinin müavini
Tərcümeyi-hal
1970-ci ildə Bakı şəhərində anadan olub.
1992–1993-cü illərdə “İnkişaf” Səhmdar Kommersiya Bankında iqtisadçı-mühasib, 1993–2005-ci illərdə Maliyyə Nazirliyində iqtisadçı və şöbə müdirinin müavini kimi müxtəlif vəzifələrdə çalışıb. 2005-ci il yanvarın 24-dən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri, 2013-cü il oktyabrın 31-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2018-ci il 14 noyabr tarixli 688 nömrəli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.
Təhsil
1987–1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit fakültəsində əyani təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 2002–2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində “Biznesin idarəolunması” ixtisası üzrə magistr dərəcəsi alıb.
Xəbərlərdə
-
İdris İsayev Cibutinin təhsil naziri ilə görüşüb 8 noyabr 2023