Firudin İsa oğlu Qurbanov
Elm və təhsil nazirinin müavini
Tərcümeyi-hal
1952-ci il avqustun 29-da Ağsu rayonunda anadan olub. 1974–1975-ci illərdə orduda xidmət edib.
1975–1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi, 1982–1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan, 1989–1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor və şöbə rəisi vəzifələrində işləyib. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin Elm və tədris müəssisələri şöbəsinin müdiri, 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyinin Elm və Təhsil İdarəsinin rəisi, 2006-cı ildən Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri olub. 2007–2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 iyul tarixli Sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib; nazirliyin 2022-ci ildə Elm və Təhsil Nazirliyi adlandırılmasından sonra da nazir müavini vəzifəsini tutur. İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir; bir monoqrafiyanın və 60-dan çox elmi əsərin müəllifidir.
Təhsil
1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və planlaşdırma fakültəsini fərqlənmə diplomu ilə bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir.