Əsas məzmuna keç
Həsən Həbib oğlu Həsənli

Həsən Həbib oğlu Həsənli

Elm və təhsil nazirinin müavini

Mənbə: edu.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 2015–2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyununda 2023-cü il yanvarın 30-dək nazirliyin Aparat rəhbəri olub.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 yanvar tarixli Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009–2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

Xəbərlərdə