Əsas məzmuna keç
Kənan Şakir oğlu Kərimzadə

Kənan Şakir oğlu Kərimzadə

Elm və təhsil nazirinin müavini

Mənbə: edu.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1989-cu ildə Bərdə şəhərində anadan olub.

2013–2016-cı illərdə “Capital Motors” MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016–2019-cu illərdə “PMD Group” MMC-də investisiyalar üzrə baş mütəxəssis və investisiyalar üzrə rəhbər, 2019–2020-ci illərdə Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb.

2020–2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri, 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri olub, 2023-cü ilin fevral–may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2011–2012-ci illərdə Nyu-Yorkdakı Fordham Universitetinin “Beynəlxalq siyasi iqtisad və inkişaf” proqramında təhsil alıb. 2017–2019-cu illərdə CFA İnstitutunun “İnvestisiyaların idarə edilməsi” proqramını bitirib və CFA beynəlxalq akkreditasiyasını əldə edib.

Xəbərlərdə