Elçin Məmmədbağır oğlu Məmmədov
Baş prokurorun birinci müavini
Tərcümeyi-hal
Elçin Məmmədbağır oğlu Məmmədov 6 iyun 1971-ci ildə Bakı şəhərində doğulub.
1993-cü ildə prokurorluq orqanlarına qəbul olunub və Azərbaycan Nəqliyyat prokurorluğunda prokuror vəzifəsi üzrə stajor kimi işə başlayıb. 1994-cü ildən həmin prokurorluğun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin İstintaq şöbəsində prokuror, 1995-ci ildən böyük müstəntiq olub. 2000-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsində prokuror-kriminalist, 2002-ci ildən həmin idarədə xüsusilə mühüm işlər üzrə müstəntiq, 2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsində mühüm işlər üzrə böyük müstəntiq işləyib.
2012-ci ildən Gəncə şəhər prokurorunun müavini, 3 fevral 2016-cı ildən Lənkəran rayon prokuroru olub. Prezidentin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Baş prokurorun birinci müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi var.
Baş Prokurorluğun Kollegiyasının üzvü, Ali Attestasiya Komissiyasının və "İstintaq təcrübəsi" bülleteninin redaksiya heyətinin sədridir. "Heydər Əliyevin 100 illiyi (1923-2023)", "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" və "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalları ilə təltif edilib. Ailəlidir, iki övladı var.
Təhsil
- 1993 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi
Xəbərlərdə
-
Elçin Məmmədov “Trabzonspor” – “Bazel” oyununu idarə edəcək 13 fevral 2023