Elçin Məmmədov “Trabzonspor” – “Bazel” oyununu idarə edəcək

Elçin Məmmədov “Trabzonspor” – “Bazel”  oyununu idarə edəcək
13.02.2023 13:28
Aa
dəq

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.

"Operativ Məlumat Mərkəzi -OMM" xəbər verir ki, o, Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə) oyununda iş başında olacaq.

Belə ki, Məmmədov fevralın 16-da Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda baş tutacaq bu oyunda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Həftənin ən çox oxunanları