Əsas məzmuna keç
Nazim Hafiz oğlu Rəcəbov

Nazim Hafiz oğlu Rəcəbov

Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi

Mənbə: genprosecutor.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Nazim Hafiz oğlu Rəcəbov 20 dekabr 1964-cü ildə Bakı şəhərində doğulub.

1989-cu ildə universiteti bitirdikdən sonra Qazaxıstan prokurorluq orqanlarında Karaqanda şəhəri Kirov rayon prokurorluğunun müstəntiqi, Temirtau şəhər prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi olub. 1991-ci ildə keçirilmə qaydasında Azərbaycan prokurorluğuna qəbul edilərək nəqliyyat prokurorluğunda prokuror-kriminalist və baş müstəntiq işləyib. 1993-cü ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsində prokuror və böyük prokuror-metodist, 1995-ci ildən Nəqliyyatda qanunların icrasına nəzarət şöbəsində və Kadrlar idarəsində prokuror və böyük prokuror, 2001-ci ildən Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror vəzifələrində çalışıb.

2005-ci ildə Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə keçərək məsləhətçi və böyük məsləhətçi işləyib. 29 yanvar 2015-ci ildə yenidən prokurorluq orqanlarına keçirilərək Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi təyin edilib. Prezidentin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunub. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi var.

Baş Prokurorluğun Kollegiyasının və Ali Attestasiya Komissiyasının üzvüdür. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (2018), "Heydər Əliyevin 100 illiyi (1923-2023)", "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" və "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalları ilə təltif edilib. Ailəlidir, bir övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1989 — Karaqanda Dövlət Universiteti, hüquq fakültəsi, fərqlənmə ilə