Elmar Heybət oğlu Camalov
Baş prokurorun müavini
Tərcümeyi-hal
Elmar Heybət oğlu Camalov 16 dekabr 1969-cu ildə Bakı şəhərində doğulub.
1992-ci ildə prokurorluq orqanlarına qəbul olunaraq Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və baş müstəntiq, 1993-cü ildən Hərbi Prokurorluğun İstintaq idarəsində böyük müstəntiq işləyib. 2000–2005-ci illərdə vergi orqanlarında xidmət edib.
2005-ci ildə keçirilmə qaydasında prokurorluq orqanlarına qəbul olunub, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq olub. 2010-cu ildən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, 2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 2014-cü ildən Şəki rayon prokuroru, 6 noyabr 2019-cu ildən Mingəçevir şəhər prokuroru işləyib. Prezidentin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi var.
Baş Prokurorluğun Kollegiyasının və Ali Attestasiya Komissiyasının üzvü, İntizam və Etik Davranış komissiyalarının sədridir. "Heydər Əliyevin 100 illiyi (1923-2023)", "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" və "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalları ilə təltif edilib. Ailəlidir, dörd övladı var.
Təhsil
- 1992 — SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutu, hüquq fakültəsi