Bəhruz Vidadi oğlu Əhmədov
Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru
Tərcümeyi-hal
1984-cü il iyulun 4-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.
2008-ci ildən müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Qarabağ hərbi prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajor, sonra müstəntiq və böyük müstəntiq işləyib. 2012-ci ildən Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti, 2014-cü ildən həmin idarənin mühüm işlər üzrə müstəntiqi və böyük müstəntiqi, 2018-ci ildən Qazax hərbi prokuroru, 2020-ci ildən Hərbi Prokurorluğun İstintaq idarəsinin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib. Ədliyyə general-mayoru ali hərbi rütbəsi var. 2020-ci ildə "Vətən uğrunda" medalı, 2026-cı ildə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalı ilə təltif edilib.
Təhsil
2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib.
Xəbərlərdə
-
Prezidentdən Bəhruz Əhmədovla bağlı SƏRƏNCAM 30 sentyabr 2025