Heydər Vidadi oğlu Məmmədov
Baş prokurorun müavini
Tərcümeyi-hal
Heydər Vidadi oğlu Məmmədov 17 fevral 1986-cı ildə Bakı şəhərində doğulub.
2008-ci ildə prokurorluq orqanlarına qəbul olunub, Bakı şəhər prokurorluğunda, sonra Nəsimi və Nizami rayon prokurorluqlarında müstəntiq işləyib. 2012–2014-cü illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror və böyük prokuror olub. 2017-ci ildən həmin Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin, 2019-cu ildən Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi işləyib. 17 fevral 2020-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin olunub.
Prezidentin 12 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi var. Baş Prokurorluğun Kollegiyasının və Ali Attestasiya Komissiyasının üzvü, Müsabiqə və Əmək məsələləri komissiyalarının sədri, "Dövlət ittihamının müdafiəsi təcrübəsi" bülleteninin redaksiya heyətinin sədri və "Azərbaycan Prokurorluğu" elmi-praktiki jurnalının baş redaktorudur.
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı (2018), "Heydər Əliyevin 100 illiyi (1923-2023)", "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" və "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.
Təhsil
- 2006 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, hüquqşünaslıq ixtisası