Operativ Məlumat Mərkəzi

Zubir "Qarabağ"ı tərk edir? - AÇIQLAMA

1 dəq
Paylaş:
Zubir "Qarabağ"ı tərk edir? - AÇIQLAMA

“Bizə Zubirlə bağlı heç bir təklif gəlməyib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl fransalı futbolçu Abdullah Zubirin Avropa klublarının maraq dairəsində olması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Fransa Liqa 1 təmsilçisi “Tuluza”nın 33 yaşlı yarımmüdafiəçini transfer etmək istəməsi ilə bağlı iddialara münasibət bildirən klub rəsmisi bu barədə məlumatlı olmadığını söyləyib: “Bununla bağlı nəsə demək düzgün çıxmaz. Çünki Zubir hazırda bizim futbolçumuzdur”.

Funksioner təcrübəli oyunçu ilə müqavilənin mümkün uzadılması məsələsinə də toxunub: “Hər şey mövsümün sonunda bəlli olacaq. Oturub danışacağıq”.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Abdullah Zubirin klubla müqaviləsi bu ilin yayında başa çatacaq. Ağdam təmsilçisi legioner futbolçuya yeni müqavilə təklif edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər