Əsas məzmuna keç

“Qarabağ” Pedro Bikalyonun cərimələnməsi barədə məlumatı təkzib etdi

“Qarabağ” Pedro Bikalyonun cərimələnməsi barədə məlumatı təkzib etdi
— Foto: idman.biz

Mətbuatda braziliyalı futbolçunun çəkisini azaltmaq tapşırığını yerinə yetirmədiyi üçün 10 min dollar cərimələndiyi iddia olunub. Ağdam klubu bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

en ru

Son günlər mətbuatda “”ın futbolçusu Pedro Bikalyonun çəkisini azaltması üçün qarşısına xüsusi şərt qoyulduğu barədə məlumat yayılıb. İddialara əsasən, braziliyalı oyunçu verilən tapşırığın öhdəsindən gələ bilməyib.

Məlumatlarda əvvəlki fiziki formasını bərpa etməkdə çətinlik çəkən futbolçunun buna görə 10 min dollar, yəni 17 min AZN məbləğində cərimələndiyi qeyd olunub.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidməti məlumatı təkzib edib. Klubdan bildirilib ki, Pedro Bikalyonun cəzalandırılması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Pedro Bikalyo 2025-ci ilin yayından “Qarabağ”da çıxış edir. Ağdam təmsilçisi braziliyalı futbolçu ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib və bu ilin iyununda onunla müqavilənin müddətini uzadıb. Tərəflərin imzaladığı yeni üçillik sözləşmə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…