Əsas məzmuna keç

Zelenski Trampın komandasına atəşkəslə bağlı tapşırıq verdi

Zelenski Trampın komandasına atəşkəslə bağlı tapşırıq verdi

Zelenski Trampın komandası ilə Rusiyanın 9 may atəşkəs təklifini müzakirə edir. Müharibəni bitirəcək diplomatik addımların və yeni sülh planının detalları burada.

en ru

Prezidenti Volodimir Zelenski Prezidenti Trampın komandasına onunla əlaqə saxlamağı və Rusiyanın 9 mayda təklif etdiyi qısamüddətli atəşkəsin təfərrüatlarını müzakirə etməyi tapşırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Nümayəndələrimizə ABŞ prezidentinin komandası ilə əlaqə saxlamağı və Rusiyanın qısamüddətli təklifinin təfərrüatlarını aydınlaşdırmağı tapşırdım. Ukrayna sülhə can atır və bu müharibəyə həqiqətən son qoymaq üçün lazımi diplomatik işləri görür. Gəlin dəqiq nəyin müzakirə olunduğunu öyrənək - Moskvada parad zamanı bir neçə saatlıq təhlükəsizlik və ya daha çoxu”, - Zelenski bildirib.

O, əlavə edib ki, uzunmüddətli atəşkəsə nail olmaq istəyir və bu istiqamətdə işləməyə hazırdır:

“Təklifimiz insanlar üçün etibarlı təhlükəsizlik və davamlı təmin edən uzunmüddətli atəşkəs rejiminin yaradılmasıdır. Ukrayna istənilən ləyaqətli və effektiv formatda buna doğru çalışmağa hazırdır”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…