Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya MN: Ukrayna ordusu Pasxa atəşkəsini 1971 dəfə pozub

2 dəq
Paylaş:
Rusiya MN: Ukrayna ordusu Pasxa atəşkəsini 1971 dəfə pozub

Silahlı Qüvvələrinin Pasxa ilə əlaqədar elan edilmiş rejimini 1971 dəfə pozduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aprelin 11-i saat 16:00-dan aprelin 12-si saat 08:00-dək olan müddətdə Ukrayna bölmələri Rusiyanın sərhədyanı ərazilərini və hərbi mövqelərini 258 dəfə atəşə tutub.

Hücumlar zamanı reaktiv yaylım atəşi sistemləri, artilleriya, tank və minaatanlardan istifadə edilib.

Nazirliyin bəyanatında aşağıdakı statistikalar qeyd olunub:

  • "FPV" dronlarla 1329 zərbə endirilib;
  • Müxtəlif sursatlar, o cümlədən pilotsuz uçuş aparatları vasitəsilə 375 atış həyata keçirilib;
  • Gecə saatlarında Rusiya qoşunlarının mövqelərinə üç dəfə hücum edilib (bütün hücumların dəf olunduğu bildirilir).

Bundan əlavə, Kursk və Belqorod vilayətlərinə iki pilotsuz uçuş aparatı ilə hücum edildiyi, nəticədə aralarında bir uşaq da olmaqla dinc sakinlərin yaralandığı qeyd olunur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Pasxa bayramı ilə əlaqədar aprelin 11-i saat 16:00-dan aprelin 12-nin sonunadək atəşkəs elan edilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax