Əsas məzmuna keç

Zelenski: Putin III Dünya Müharibəsini başlatdı

Zelenski: Putin III Dünya Müharibəsini başlatdı

Ukrayna lideri BBC-yə müsahibəsində Kremlin işğal planlarını ifşa etdi. Qlobal münaqişəni dayandırmağın yolu nədir? Prezident seçkilərə qatılacaq? Detallar:

en ru

“Zelenski Putini Üçüncü Dünya Müharibəsini başlatmaqda ittiham edib”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Vladimir Zelenski bu barədə " News"a müsahibəsində bildirib.

Prezidenti Prezidenti Vladimir Putini Üçüncü Dünya Müharibəsini başlatmaqda günahlandıraraq, Rusiyanı geri çəkilməyə məcbur edə biləcək yeganə addımın hərbi və iqtisadi təzyiqin artırılması olduğunu deyib. O, Putinin, xüsusən də Ukrayna qoşunlarının strateji ərazilərdən çıxarılması ilə bağlı tələblərini yerinə yetirməyəcəklərini vurğulayıb.

Zelenski qeyd edib ki, “Putini bu gün dayandırmaq və onun Ukraynanı etməsinin qarşısını almaq bütün dünyanın qələbəsi olardı”. O, bütün Ukrayna ərazilərinin qaytarılmasının zaman məsələsi olduğunu bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, hazırda bu addımın atılması milyonlarla insanın itkisinə səbəb ola bilər, çünki qarşı tərəfin ordusu sayca daha çoxdur və Ukraynanın kifayət qədər silahı yoxdur. Onun sözlərinə görə, bu məsələ təkcə Ukraynadan deyil, həm də tərəfdaş ölkələrdən asılıdır.

Zelenski hələlik yenidən prezidentliyə namizəd olub-olmayacağına qərar vermədiyini də açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…