Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin əhəmiyyətli üstünlüyü səbəbindən münaqişəyə “tezliklə son qoymaq” mümkün deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,onun sözlərini RBC-Ukrayna sitat gətirib.
O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri üç ildən çoxdur ki, “əhəmiyyətli dərəcədə daha güclü düşmən”lə üz-üzədir.
"Biz Rusiya ordusu ilə döyüşürük. Ona görə də bu müharibəni bu qədər tez bitirmək olmaz", - Zelenski bildirib.