Əsas məzmuna keç

“Roşka” ləqəbli tiktokerə hökm oxunub

“Roşka” ləqəbli tiktokerə hökm oxunub

Məhkəmə Rəşad Qafarov barəsində qərarını açıqladı. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan tiktokerin cəzası ilə bağlı təfərrüatlar məlum olub.

en ru

tərəfindən saxlanılan “” ləqəbli tiktoker Süleymanovun üzrə məhkəmə prosesi yekunlaşıb.

“Operativ Məlumat Mərkəzi-OMM” APA-ya istinadən xəbər verir ki, bu gün Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Rövşən Süleymanovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov öyən ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə inzibati qaydada həbs edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…