Əsas məzmuna keç

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTO

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTO

Laos dövlət başçısı Tunlun Sisulit Azərbaycana rəsmi səfər edib. Paytaxt Bakıda keçirilən təntənəli mərasimdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

en ru

Bakıda oktyabrın 13-də Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verdi.

Laos Xalq Demokratik Respublikasının və Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Sonda dövlət başçıları rəsmi foto çəkdirdilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…