Əsas məzmuna keç

Zelenski Ankaradadır

Zelenski Ankaradadır

Ukrayna lideri 36-cı NATO sammitində iştirak üçün Türkiyəyə çatıb. Esenboğa hava limanında qarşılanan Zelenskinin Rəcəb Tayyib Ərdoğanla müzakirələri gözlənilir.

en ru

Prezidenti Volodimir Zelenski 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün Ankaraya gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirilib ki, Zelenskinin təyyarəsi Ankaradakı Esenboğa Hava Limanına enib.

Onu hava limanında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Prezidenti Rəcəb Tayyib NATO sammiti çərçivəsində bir sıra dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni, Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstan Prezidenti Rumen Radev, Monteneqronun Baş naziri Miloyko Spayiç, NATO-nun Mark Rutte və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta iştirak edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…