Lionel Messi Argentina millisində keçirdiyi son oyundan sonra emosiyalarını bölüşüb. Oktyabrın 6-dan 7-nə keçən gecə keçirilən qarşılaşmada Argentina Benini 3:0 hesabı ilə məğlub edib. Messi bu matçda bir qol vurub, iki məhsuldar ötürmə verib.
Argentina millisinin hücumçusu bildirib ki, yığmada oynamaq onun üçün xüsusi məna daşıyıb: “Mübarizəni heç vaxt dayandırmadım, bütün gücümü verməkdən vaz keçmədim. Kaş ömrümün sonuna qədər burada qala biləydim, çünki Argentina millisində oynamaq insanın başına gələ biləcək ən yaxşı şeydir”.
Messi vida matçından sonra çoxsaylı duyğular yaşadığını deyib. Onun sözlərinə görə, ilk növbədə atasını düşünüb və ona minnətdarlığını ifadə etmək istəyib.
“Bu formanı 20 ildən çox geyinmək mənim üçün böyük şərəf idi”, – deyə Messi Argentina millisinin mətbuat xidmətinin sosial şəbəkələrdə paylaşdığı açıqlamada bildirib.