Əsas məzmuna keç

Mark Rutte: Ankara Zirvəsi tarixi uğurdur

Mark Rutte: Ankara Zirvəsi tarixi uğurdur

Ankarada keçirilən NATO Zirvəsinin ikinci günündə çıxış edən Mark Rutte ittifaqın qətiyyətini vurğulayıb və Rusiyanı xəbərdar edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

NATO Ankarada keçirilən Zirvə toplantısının ikinci günündə alyansın prioritetləri və strateji hədəfləri ilə bağlı açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte jurnalistlərə açıqlamasında bildirib.

Rutte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, hökumətə və Ankara sakinlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O qeyd edib ki, ötən il Haaqa Zirvəsi daha çox planlaşdırma və hədəflərin müəyyənləşdirilməsi ilə yadda qalıbsa, artıq həmin məqsədlərin həyata keçirilməsi mərhələsinə keçidi göstərir.

NATO Baş katibi bildirib ki, alyans daxilində müdafiə xərclərinin artırılması istiqamətində mühüm addımlar atılıb və yeni müqavilələr imzalanıb. O, Zirvənin ilk gününü uğurlu qiymətləndirərək müttəfiqlərin müdafiə xərcləri üzrə yeni hədəflərə yaxınlaşdığını vurğulayıb.

Rutte bildirib ki, NATO ölkələri müdafiə xərclərini artıraraq ümumi hədəfin 4 faizinə çatıb və bunun həm ABŞ Prezidenti Donald Trampın çağırışları, həm də Rusiyadan gələn təhlükələrlə bağlı olduğunu qeyd edib.

Baş katib regional təhlükəsizlik məsələlərinə də toxunub. O, İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının və Hörmüz boğazında azad gəmiçiliyin təmin edilməsinin NATO müttəfiqləri üçün mühüm məsələ olduğunu bildirib.

Rutte Rusiyanın NATO ərazisi üçün uzunmüddətli təhlükə olaraq qiymətləndirilməsini gözlədiklərini deyib. Ukraynaya dəstək məsələsində isə müttəfiqlərin uzunmüddətli öhdəliklər götürəcəyinə əmin olduğunu vurğulayıb.

NATO Baş katibi Rusiyaya müraciət edərək alyansın öz ərazisinin hər qarışını müdafiə edəcəyini bildirib və NATO-nun müdafiə xarakterli ittifaq olduğunu qeyd edib.

Qeyd edək ki, 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin ilk günündə NATO Müdafiə Sənayesi Forumu keçirilib. Forum çərçivəsində kosmik müşahidə, hücum imkanları və inteqrasiya olunmuş hava-raket müdafiəsi sahələrində yeni layihələrlə bağlı razılaşmalar əldə olunub.

Zirvə çərçivəsində Türkiyə Prezidenti ABŞ Prezidenti , həmçinin Finlandiya və Kanada liderləri ilə görüşlər keçirib. Danışıqlarda "F-35" proqramı və "CAATSA" sanksiyaları ilə bağlı məsələlər də müzakirə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…