Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran rəsmisi NATO-nun baş katibini sərt tənqid etdi

2 dəq
Paylaş:
İran rəsmisi NATO-nun baş katibini sərt tənqid etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Mark Ruttenin son açıqlamalarına münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bəqayi "X" hesabında paylaşdığı açıqlamada Mark Ruttenin Avropanın münaqişədə iştirakı ilə bağlı fikirlərinin qitənin bu qarşıdurmada bitərəf olmadığını göstərdiyini iddia edib.

Məlumata görə, İran rəsmisi öz ərazilərini, bazalarını və infrastrukturunu təcavüzkar tərəfə açan dövlətlərin həyata keçirilən hərbi əməliyyatların və onların nəticələrinin məsuliyyətindən yayınmasının mümkün olmadığını bildirib.

Bildirilib ki, Bəqayi bu mövqenin Avropanın münaqişədə birbaşa iştirak etdiyini təsdiqlədiyini vurğulayıb.

Qeyd olunub ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mark Ruttenin açıqlamalarını "siyasi itaətkarlıq" kimi qiymətləndirib. O, NATO rəhbərinin mövqeyini güc nümayişi deyil, müəyyən dairələrə xidmət edən kimi xarakterizə edib.

Baqai bildirib ki, Vaşinqtonun gözündə səmərəsiz hesab edilən bir təşkilatın bu cür yanaşmalarla daha təsirli hala gətirilməsi mümkün deyil. Onun sözlərinə görə, bu tip ritorika NATO və onun rəhbərliyinin nüfuzuna mənfi təsir göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax