Əsas məzmuna keç

İran NATO-nu özünə qarşı təcavüzdə iştirakda ittiham edib

İran NATO-nu özünə qarşı təcavüzdə iştirakda ittiham edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsbağ Baqayi NATO-nun ABŞ və İsrailin hərbi əməliyyatlarına dəstək verməsini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

en ru

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NATO-nun Mark Ruttenin açıqlamalarını sərt tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran rəsmisi "X" sosial şəbəkəsində paylaşdığı bəyanatda Mark Ruttenin "Fox News"a verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Məlumata görə, Bəqayi NATO-nun və İsrailin İrana qarşı hərbi əməliyyatlarına dəstək verməsinə dair açıqlamaları normalarının pozulması kimi qiymətləndirib.

Bildirilib ki, İran XİN sözçüsü Mark Ruttenin İtaliya və Rumıniyanın ABŞ-nin hərbi əməliyyatlarına mühüm dəstək göstərdiyini etiraf etməsinin NATO-nun suveren dövlətə qarşı həyata keçirilən hərbi kampaniyada iştirakının göstəricisi olduğunu iddia edib.

Qeyd olunub ki, Bəqayi bu addımların Nizamnaməsinin prinsiplərinə zidd olduğunu vurğulayaraq, üzvü olan dövlətlərin baş verən hadisələrin nəticələrinə görə məsuliyyət daşımalı olduqlarını bildirib.

Məlumata əsasən, İran tərəfi İtaliya, Rumıniya və digər Avropa ölkələrini sözügedən hərbi kampaniyada iştirak səbəbləri barədə öz vətəndaşlarına və beynəlxalq ictimaiyyətə izahat verməyə çağırıb.

Bildirilib ki, rəsmi Tehran bu ölkələrin "ABŞ-İsrail təcavüzü" kimi xarakterizə etdiyi prosesə qoşulmasını və İranın mülki əhalisinə qarşı törədildiyini iddia etdiyi hərəkətləri kəskin şəkildə pisləyib.

Qeyd olunub ki, İran Xarici İşlər Nazirliyi münaqişə nəticəsində zərər gördüyünü bildirdiyi şəhərlərin siyahısını da açıqlayıb. Həmin siyahıya Tehran, İsfahan, Təbriz, Şiraz, Həmədan, Sənəndəc, Minab, Lamerd və Bəndər-Abbas şəhərləri daxil edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…