Operativ Məlumat Mərkəzi

Zaqatalada bir ay əvvəl intihara cəhd edən şəxs özünü öldürüb

1 dəq
Paylaş:
Zaqatalada bir ay əvvəl intihara cəhd edən şəxs özünü öldürüb

Zaqatalada intihar hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, rayon sakini, 1973-cü il təvəllüdlü Xəlilov Musa Xəlil oğlu Zaqatala şəhərində yaşadığı evin həyətində özünü asıb.

Məlumata görə, 50 yaşlı Musa Xəlilov iyunun 12-də rayonun Car kəndi ərazisindəki məscidin həyətində özünə xəsarət yetirib. O, kəsici alətlə boyun nahiyəsinə xəsarət yetirib, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

M.Xəlilovun əsəb xəstəliyindən əziyyət çəkdiyi açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər