Əsas məzmuna keç

Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı

Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı

Musa Şəkiliyev barəsindəki həbs qətimkan tədbirinin müddəti ilə bağlı məhkəmə qərar verib. Qax rayonunun keçmiş rəhbərinin saxlanılma vaxtı niyə artırıldı?

en ru

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı barəsində seçilmiş qətimkan tədbiri 6 ay müddətinə uzadılıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat üzrə qərar qəbul olunub.

Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

2025-ci il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 2025-ci ilin 14 oktyabrında Musa Şəkiliyevin həbs müddəti 4 ay müddətində, 2026-cı ilin 13 fevralında isə həbs müddəti 5 ay müddətində uzadılıb.

İlham Əliyevin 2025-ci ilin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…