Əsas məzmuna keç

Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb

Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb

Rəstəcə kəndində vəhşi heyvanın yaraladığı Güləndam Məmmədova və qonşuları Musa ilə Fatma Həsənovlar xəstəxanaya çatdırılıb. Sakinləri qorxuya salan hadisənin təfərrüatı.

en ru

Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.

Kənd sakini, 72 yaşlı Güləndam öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G.Məmmədovanın köməyinə gələn qonşuları - 67 yaşlı və onun həyat yoldaşı, 65 yaşlı Həsənova da xəsarət alıblar.

Ucar Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) caqqal dişləməsi diaqnozu ilə xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə daxil olublar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…