Əsas məzmuna keç

Azərbaycanın bu kəndində nə baş verir? - HADİSƏNİN TƏFƏRRÜATLARI

Azərbaycanın bu kəndində nə baş verir? - HADİSƏNİN TƏFƏRRÜATLARI

İmamqulukənddə vəhşi heyvanların hücumu nəticəsində 3 sakin Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Oktyabr ayında baş verən dişləmə halları artıb.

en ru

rayonunun İmamqulukənd kəndində çaqqalların sakinlərə hücum etdiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" “”-yə istinadən xəbər verir ki, son günlər baş verən ayrı-ayrı hadisələrlə bağlı 3 nəfər xəstəxanaya müraciət edib.

Qusar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, oktyabrın 10-da 2 nəfər, oktyabrın 12-də isə 1 nəfər çaqqal dişləməsi diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

Onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Kənd sakinləri isə belə halların mütəmadi baş verdiyini iddia edirlər. Onların sözlərinə görə, müvafiq qurumlara müraciət etsələr də, heyvanların hücumlarının qarşısının alınması istiqamətində hələlik zəruri tədbirlərin görülmədiyini düşünürlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…