Əsas məzmuna keç

Zamanın dayandığı gecə: 20 Yanvar faciəsi rəqəmsal dünyada əbədiləşdi

Zamanın dayandığı gecə: 20 Yanvar faciəsi rəqəmsal dünyada əbədiləşdi

Azərbaycanın müstəqillik tarixinin ən qanlı və şərəfli səhifəsi olan 20 Yanvar faciəsi müasir rəqəmsal jurnalistika standartları ilə yenidən...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın tarixinin ən qanlı və şərəfli səhifəsi olan 20 Yanvar faciəsi müasir rəqəmsal jurnalistika standartları ilə yenidən işıqlandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" komandası faciənin 36-cı ildönümündə “Zamanın dayandığı gecə” adlı unikal rəqəmsal layihəni ictimaiyyətə təqdim edib.

Bu layihə sadəcə tarixi xronika deyil, izləyicini həmin gecənin canlı şahidinə interaktiv rəqəmsal abidədir.

Layihə Azərbaycanda hələ yeni olan “scrollytelling” (sürüşdürüb-oxuma) formatında hazırlanıb. Bu format məqalələrdən fərqli olaraq, oxucunu passiv müşahidəçidən hadisələrin iştirakçısına çevirir. Saytda aşağıya doğru hərəkət etdikcə, zaman 1990-cı ilin yanvarına geri qayıdır və istifadəçi hadisələrin xronoloji ardıcıllığını dəqiqəbədəqiqə yaşayır.

"Zamanın dayandığı gecə" layihəsi 19 yanvar saat 19:26-da — Televiziyasının enerji blokunun partladılması və Bakının informasiya blokadasına salınması ilə başlayır.

Layihənin vizual həlli "Dark Mode" (Qaranlıq rejim) estetikasına əsaslanır. Ekranın dərin qara fonunda görünən qırmızı qərənfil ləçəkləri və 3D formatında səmaya qalxan işıqlar (hər biri bir şəhidin ruhunu simvolizə edir) vizual təsir gücünü artırır.

Layihənin hazırlanmasında Reza Deqatinin nadir fotoşəkillərindən və arxiv video sənədlərindən istifadə olunub. Məqsəd, 20 Yanvar həqiqətlərini "Z nəslinə" onların anladığı rəqəmsal dildə çatdırmaq və bu qəhrəmanlıq dastanını beynəlxalq auditoriya üçün etməkdir.

147 şəhidin, 744 yaralının və milyonlarla azərbaycanlının iradəsinin simvolu olan bu layihəni izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz.

Unutmadıq, unutdurmarıq!

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…