Əsas məzmuna keç

Bakıda BÖYÜK SÖKÜNTÜ BAŞLAYIR: Bu qədər KOMPENSASİYA VERİLƏCƏK

Bakıda BÖYÜK SÖKÜNTÜ BAŞLAYIR: Bu qədər KOMPENSASİYA VERİLƏCƏK

hazırda söküntü işlərinin aparıldığı ünvanlardan biri Aşıq Alı küçəsidir. Ərazidəki qəzalı binaların əksəriyyəti artıq sökülüb. Sökülməsi nəzərdə tutulan...

en ru

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 52 binanın mərhələli şəkildə sökülməsi və həmin binalarda sakinlərin köçürülməsi prosesi davam edir. işləri başa çatdıqdan sonra ərazinin abadlaşdırılması və bəzi sahələrdə yeni binaların tikilməsi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" AzTV-yə istinadən xəbər verir ki, hazırda söküntü işlərinin aparıldığı ünvanlardan biri Aşıq Alı küçəsidir. Ərazidəki qəzalı binaların əksəriyyəti artıq sökülüb. Sökülməsi nəzərdə tutulan binalardan birində isə tikililərin hansı vəziyyətdə olduğu əyani şəkildə görünür.

Məlumata görə, 52 qəzalı binanın 29-u investor, 17-si dövlət hesabına, digər binaların isə həm dövlətin, həm də investorların iştirakı ilə sökülməsi nəzərdə tutulur.

ff820c01edc030b8.webp

Söküntü prosesi başa çatdıqdan sonra ərazinin abadlaşdırılması planlaşdırılır. Bununla yanaşı, bəzi ərazilərdə yeni binalarının inşa olunması da nəzərdə tutulur.

Ramana qəsəbəsində də qəzalı evlər söküləcək

Hazırda Ramana qəsəbəsinin 11-ci və 12-ci mədən sahələrində də bəzi evlərin sökülməsi və sakinlərin yeni ünvanlara köçürülməsi nəzərdə tutulur.

Ərazidəki evlərin əksəriyyətinin yararsız vəziyyətdə olduğu bildirilir. Bəzi isə uçma təhlükəsinin qarşısını almaq üçün evlərini müxtəlif üsullarla, o cümlədən armaturla möhkəmləndiriblər.

Sakinlərin sözlərinə görə, onların bir qismi uzun illərdir həmin ərazidə yaşayır və evlərin vəziyyəti ciddi şəkildə pisləşib.

9dc212ab1aef5f2b.webp

Sakinlər nə deyir?

Ərazidə yaşayan sakinlər qəzalı evlərin sökülməsini müsbət qarşılayırlar.

Sakinlərdən biri bildirib ki, ailəsi həmin ərazidə 30 ildən çoxdur yaşayır:

“30 ildir, 30 ildən də çoxdur yaşayırıq burda. Yəni dədə-baba da hamısı burda yaşayıblar. Köçürülməsi yaxşı oldu, məsləhət oldu ki... Çünki evlərimiz çox pis gündədir. Evin içindən də çəkiliş eləsəniz, görə bilərsiniz ki, evdə, divarlarda aralı-aralı çatlar var”.

Digər sakin isə köçürülmənin insanların təhlükədən uzaqlaşdırılması baxımından əhəmiyyətli olduğunu deyib:

“Bu binaların... burda bir bina var idi. Onun köçürülməsi insanların qəzadan, necə deyərlər, ölümdən qurtarmasına səbəbdir, böyük köməkdir”.

01853179d0aaf9b1.webp

Sakinlər arasında kompensasiya ilə yanaşı, yeni mənzillə təmin olunmaq istəyənlər də var:

“Deyirlər kompensasiya ödəniləcək. Amma bizdə ailə çoxdur. Ev verilsə daha yaxşı, olmasa kompensasiyaya da razıyıq”.

Qəzalı evlərə görə nə qədər kompensasiya ödəniləcək?

Söküntü ilə əlaqədar sakinlərə ödəniləcək kompensasiyanın məbləği ərazinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir.

Bunun üçün əvvəlcə qiymətləndirmə aparılır. Daha sonra müvafiq şirkət tərəfindən mənzilin və ya digər daşınmaz əmlakın dəyəri müəyyənləşdirilir və kompensasiya məbləği hesablanır.

Verilən məlumata görə, hazırda kompensasiya qiymətləri bir kvadratmetr üçün 1300-1500 manat arasında müəyyənləşdirilib.

Bu ərazilər plana düşdü - Tezliklə SÖKÜLƏCƏK - FOTO | Operativ Məlumat Mərkəzi

Sabunçu rayonunun mərkəzində yerləşən ərazilərdə isə qiymətlərin mərkəzdə yerləşmə amilinə görə təxminən 20-25 faiz daha yüksək olacağı bildirilir.

Qeyri-yaşayış sahələri üzrə kompensasiya məbləğinin də yaşayış sahələrindən fərqlənəcəyi qeyd olunur. Bildirilənə görə, qeyri-yaşayış sahələri üzrə məbləğ ümumi müəyyənləşdirilmiş kompensasiya qiymətindən təxminən 20-25 faiz fərqlənəcək.

Söküntü daha hansı küçələrdə aparılacaq?

Sabunçuda qəzalı binaların sökülməsi mərhələli şəkildə davam etdiriləcək.

Növbəti mərhələlərdə söküntü işlərinin Mehdi Hüseynzadə, Səməd bəy Mehmandarov, Həsən bəy Zərdabi və Həmid Araslı küçələrində də həyata keçirilməsi nəzərdə tutulur.

Proses başa çatdıqdan sonra qəzalı və yararsız tikililərin yerində ərazinin abadlaşdırılması, bəzi sahələrdə isə yeni binaların inşası planlaşdırılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…