Əsas məzmuna keç

Bakıda böyük SÖKÜNTÜ BAŞLAYIR - 20 bina SÖKÜLƏCƏK

Bakıda böyük SÖKÜNTÜ BAŞLAYIR - 20 bina SÖKÜLƏCƏK

"Səbail rayonunda sökülməsi nəzərdə tutulan binaların sayı ilkin mərhələdə təxminən 15-20 arasındadır".“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir k, bunu...

en ru

"Səbail rayonunda sökülməsi nəzərdə binaların sayı ilkin mərhələdə təxminən 15-20 arasındadır".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir k, bunu Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz küçələri, 20-ci sahə, Xanlar küçəsi, həmçinin Badamdar qəsəbəsində bəzi yataqxana tipli binaların sökülməsi planlaşdırılır:

"Bunlar əsasən istismar müddəti başa çatmış və ilkin mərhələdə sökülməsi nəzərdə tutulan tikililərdir. Hazırda həmin binaların bir qismində inventarizasiya işləri aparılıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi həyata keçirilib. Adətən belə hallarda qiymətləndirmə işlərinin aparılması üçün satınalma keçirilir və qalib şirkət tərəfindən əmlakların dəyəri müəyyənləşdirilir.

Kompensasiya isə qiymətləndirici şirkət tərəfindən ərazinin mövcud bazar qiymətləri nəzərə alınmaqla hesablanır. Bu zaman əsas meyarlardan biri mənzilin bir kvadratmetrinin bazar dəyəridir. Hazırda sözügedən ərazilərdə qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiya məbləğinin 1 500-2 200 manat aralığında müəyyənləşdirildiyi hallar mövcuddur.

Bununla belə, kompensasiya məbləği bütün binalar və mənzillər üçün eyni olmur. Söküntü ilə bağlı hər bir qərardan əvvəl konkret ərazi üzrə qiymətləndirmə aparılır və məbləğ həmin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Bəzi hallarda kompensasiya məbləği qeyd olunan rəqəmlərdən daha yüksək də ola bilər".

AQC sdəri əlavə edib ki, söküntü prosesinin həm , həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur:

"İnvestor tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası planlaşdırılır. Dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.

İnvestor hesabına həyata keçirilən layihələrdə kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilə bilər. Eyni zamanda investorla sakinlər arasında birbaşa danışıqlar aparılaraq kompensasiya məbləği də razılaşdırıla bilər". (Bakuws)

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…