Əsas məzmuna keç

Bakıda tıxac avtomobil icarəsi biznesini də vurdu: müştərilər maşın götürmək istəmir

Bakıda tıxac avtomobil icarəsi biznesini də vurdu: müştərilər maşın götürmək istəmir

gündəlik avtomobil istifadə etməyən, yaxud bir neçə günlük şəhərdən kənara səfər edən şəxslər üçün avtomobil icarəsi geniş yayılmış xidmətlərdən biridir....

en ru

Bakıda sıxlığı artıq yalnız sürücülərin və sərnişinlərin gündəlik vaxt itkisi ilə nəticələnmir. Şəhərdəki tıxac icarəsi biznesinə də təsir göstərir. İcarə şirkətlərinin bildirdiyinə görə, xüsusilə bu ilin yay mövsümündə avtomobilə tələbat əvvəlki illərlə müqayisədə zəifləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, gündəlik avtomobil istifadə etməyən, yaxud bir neçə günlük şəhərdən kənara səfər edən şəxslər üçün avtomobil icarəsi geniş yayılmış xidmətlərdən biridir. Azərbaycanda da son illərdə bu sahə inkişaf edib və müştərilərə həm ekonom, həm də premium avtomobillər təklif edir.

Lakin icarə şirkətlərinin sözlərinə görə, son dövrlərdə bazarda durğunluq müşahidə olunur. Həm yerli müştərilərin, həm də xarici turistlərin əvvəlki kimi avtomobil icarəsinə maraq göstərmədiyi bildirilir.

Mercedes Benz S500 2022 — Rentacarbaku1.az

Yay mövsümü gözlənildiyi kimi keçməyib

İcarə şirkətlərindən birinin nümayəndəsi bildirib ki, yay mövsümündə iş həcmi əvvəlki illərlə müqayisədə xeyli aşağı olub.

“Bizdə sezon yayda olur. Bu yay demək olar ki, əvvəlki sezonlardakı kimi işləmədi. İş çox zəif oldu”.

Şirkətlər üçün əsas problem isə müştərilərin şəhər daxilində avtomobil idarə etmək istəməməsidir.

Bakıda 12 istiqamətdə tıxac var | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Turistlər də Bakı daxilində avtomobil sürməkdən çəkinir

İcarədarların sözlərinə görə, bu tendensiya xarici arasında da müşahidə olunur. Azərbaycana gələn turistlər avtomobili daha çox şəhərdən kənara səfərlər üçün icarəyə götürürlər.

“Xaricdən gələn qonaqlar avtomobil götürəndə şəhərdə maşın sürmək istəmirlər. Ancaq rayona gedəndə iki-üç günlük götürürlər. Şəhər içində avtomobil idarə etmək istəmirlər”.

İcarə şirkətləri hesab edir ki, burada əsas amillərdən biri Bakıdakı nəqliyyat sıxlığıdır. Şəhər daxilində uzun müddət tıxacda qalmaq ehtimalı avtomobil icarəsini bəzi üçün cəlbedici seçim olmaqdan çıxarır.

Şirkətlər endirim və uzunmüddətli icarəyə yönəlir

Yay mövsümünün başa çatması ilə avtomobil icarəsi şirkətləri müştəri cəlb etmək üçün müxtəlif kampaniyalara və endirimlərə müraciət edirlər.

Bununla yanaşı, biznesi yalnız gündəlik avtomobil icarəsi ilə məhdudlaşdırmayan şirkətlər uzunmüddətli və aylıq icarə layihələrinə də üstünlük verirlər.

İcarədar Aytən Muxtarovanın sözlərinə görə, sentyabrdan etibarən müştəri tələbatının xarakteri də dəyişir. Yay aylarında avtomobillərə həftəiçi daha çox ehtiyac olduğu halda, payız-qış dövründə həftəsonu tələbatının artması gözlənilir.

“Sentyabr ayı demək olar ki, sezonun bağlanmış ayının ilkin etaplarıdır. Amma bundan sonra da yeni bir sezon açılır. Qış aylarında yenə də həftəsonları nəqliyyat vasitələrinə ehtiyac olacaq”.

Hər ailəyə bir avtomobil

“İkinci avtomobil” məsələsi də gündəmdədir

İcarədarın sözlərinə görə, bəzi şəxslərin həm şəxsi, həm də çalışdığı şirkət tərəfindən təqdim olunan ikinci avtomobili olur. Bu isə şəhərdə avtomobillərin sayının artmasına və yollardakı sıxlığın daha da yüksəlməsinə təsir edən amillərdən biri kimi göstərilir.

Bununla belə, avtomobil icarəsi şirkətləri hesab edir ki, bu xidmətə ehtiyac tamamilə aradan qalxa bilməz. Xüsusilə şəhərdən kənara səfərlər, biznes səfərləri və müəyyən müddət üçün avtomobilə ehtiyacı olan şəxslər üçün icarə xidməti aktual olaraq qalır.

Ekspert: “Tıxac artıq iqtisadi problemə çevrilib”

Məsələyə ekspertlər də daha geniş prizmadan yanaşırlar. Bildirilir ki, Bakıdakı nəqliyyat sıxlığı avtomobil icarəsi biznesi üçün yalnız hərəkət çətinliyi deyil, həm də iqtisadi məsələdir.

Çünki avtomobil icarə edən şəxs əsasən rahatlıq, hərəkət sərbəstliyi və vaxta qənaət əldə etmək istəyir. Lakin avtomobil saatlarla tıxacda qalırsa, bu üstünlüklər əhəmiyyətli dərəcədə azalır.

Ekspertin sözlərinə görə, bu səbəbdən turistlər və digər müştərilər üçün şəhər daxilində qısa müddətli avtomobil icarəsi əvvəlki qədər səmərəli görünməyə bilər.

“Bakı şəhərində olan tıxaclar avtomobil kirayəsi biznesi ilə məşğul olan şirkətlər üçün artıq sadəcə yol problemi yox, iqtisadi problemə çevrilib. Avtomobili bir günlük kirayə götürən müştəri bununla vaxt və hərəkət sərbəstliyi qazanacaqdısa, tıxaclar ucbatından bu səmərəlilik artıq azalır”.

Bakının bir sıra yollarında tıxac yaranıb

Tıxac şirkətlərin xərclərini də artırır

Nəqliyyat sıxlığının təsiri yalnız müştəri sayının azalması ilə məhdudlaşmır. Avtomobillərin uzun müddət tıxacda qalması yanacaq sərfiyyatını artırır.

Bundan başqa, avtomobillərin daha intensiv və uzunmüddətli istifadəsi texniki xidmət və təmir xərclərinin yüksəlməsinə də səbəb ola bilər. Bu isə icarə şirkətləri üçün əlavə xərc deməkdir.

Beləliklə, Bakıdakı tıxaclar həm avtomobil icarəsinə olan tələbatın azalmasına, həm də şirkətlərin əməliyyat

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…