Əsas məzmuna keç

Katalizatoru çıxarıb satmaq avtomobilə nə edir? - ARAŞDIRMA

Katalizatoru çıxarıb satmaq avtomobilə nə edir? - ARAŞDIRMA

söhbət avtomobilin işlənmiş qazlarını təmizləməyə kömək edən katalitik çeviricidən – katalizatordan gedir. Son vaxtlar bu detalın ikinci əl alqı-satqısı...

en ru

Avtomobillərdə istifadə olunan katalizatorların qiyməti marka və modeldən asılı olaraq ciddi şəkildə dəyişir. Bəzi katalizatorların ikinci əl bazarında qiyməti 300 manatdan başlayır, daha bahalı modellərin qiyməti isə 3 000 manata qədər çata bilir. Bəs avtomobilin kiçik ölçülü bu detalını bahalı edən nədir?

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət avtomobilin qazlarını təmizləməyə kömək edən katalitik çeviricidən – katalizatordan gedir. Son vaxtlar bu detalın ikinci əl alqı-satqısı ilə bağlı elanlara, xüsusilə də sosial şəbəkələrdə, daha çox rast gəlinir.

eebb8d01315ec2b0.webp

Katalizatorun qiyməti isə bütün avtomobillər üçün eyni deyil. Marka və modeldən başqa, mühərrikin tipi, detalın konstruksiyası və onun daxilində istifadə olunan qiymətli metalların miqdarı da satış qiymətinə təsir edir.

Katalizatorun içində hansı qiymətli metallar var?

ustası Cəlil Əhmədovun sözlərinə görə, katalizatorun baha olmasının əsas səbəblərindən biri onun tərkibində qiymətli metalların olmasıdır.

Содержание драгметаллов в катализаторах — Блог Ресайкл Про

ta əvvəldən qiymətli bir olubdur. Çünki onun tərkibində çox bahalı maddələr var. Platiumdur, palladiumdur, ondan sonra rodiumdur. Belə qiymətli maddələr olduğu üçün katalizator çox bahalı detal hesab olunur”.

Ustanın sözlərinə görə, katalizatorların qiyməti avtomobildən avtomobilə dəyişir. Bəzi modellərdə bu detalın dəyəri bir neçə yüz manat olduğu halda, daha bahalı katalizatorların qiyməti 1 500-2 000 manata və daha yüksək məbləğlərə çata bilər.

Elə model var ki, onun 200-300 manat dəyəri, bizim manatı ilə dəyəri var. Eləsi var 1500-2000 dəyəri olan modellər də var. Yəni avtomobilə uyğun o qiymətlər dəyişir katalizatorun satılma qiyməti. Ona görə də bəzi sürücülərimiz bunu söküb satırlar”.

Niyə bütün katalizatorların qiyməti eyni deyil?

Katalizatorun daxilindəki qiymətli metalların miqdarı və tərkibi bütün avtomobillərdə eyni olmur. Buna görə də bir avtomobilin katalizatoru bir neçə yüz manata satıldığı halda, digər avtomobilin katalizatorunun qiyməti daha yüksək ola bilər.

Чем опасны некачественные топлива и как они убивают катализатор | СПБ-ГЛУШИТЕЛЬ

Burada avtomobilin markası, modeli, mühərrikin tipi, katalizatorun konstruksiyası və tərkibindəki qiymətli metalların miqdarı əsas amillər sırasında yer alır.

Məhz bu səbəbdən ikinci əl bazarında katalizatorların qiymətləri arasında böyük fərq yaranır.

Katalizatoru çıxarıb satmaq avtomobilə nə edir?

Katalizatorun daxilindəki qiymətli metallar səbəbindən bəzi avtomobil sahibləri detalı çıxarıb satmağa üstünlük verirlər. Lakin mütəxəssislər bunun avtomobilin texniki vəziyyətinə və ətraf mühitə mənfi təsirlərinin ola biləcəyini bildirirlər.

Katalizator avtomobilin işlənmiş qazlarının tərkibindəki zərərli maddələrin azaldılmasına xidmət edən sistemin bir hissəsidir. Detal çıxarıldıqda avtomobilin emissiya sistemi əvvəlki kimi işləməyə bilər.

Что такое катализатор в машине

Cəlil Əhmədovun sözlərinə görə, katalizatorun olmaması sürücünün özü üçün də problemlər yarada bilər:

Birinci növbədə insan üçün çox zərərlidir, sürücünün özü üçün çox zərərlidir. Çünki probkada, elə yoldaşlar var ki, yaxınlaşır ki, probkada aynaları açıram, boğuluram. Nəfəs ala bilmirəm”.

Usta katalizatorun çıxarılmasının avtomobil üçün də bir sıra problemlərə səbəb ola biləcəyini deyir. Onun sözlərinə görə, belə halda yanacaq sərfiyyatı arta bilər.

Katalizatorun olmamasının maşın üçün də çox böyük zərərləri var. Həm o çıxan qazları təmizləmədiyinə görə bizim polislərimiz, yol polislərimiz ona cərimə yaza bilər həmin sürücüyə. Həm də ki, yanacaq sərfiyyatı həddindən çox artır. Yəni bir-iki litrə qədər fərq eləyir”.

Katalizator çıxarılanda mühərrikdə xəta yarana bilər

Katalizatorun çıxarılması bəzi avtomobillərdə elektron sistemlərin də xəbərdarlıq verməsinə səbəb ola bilər. Belə hallarda mühərrikin idarəetmə sistemində xəta işığı, o cümlədən “Check Engine” xəbərdarlığı aktivləşə bilər.

Bunun səbəbi katalizatorla birlikdə işləyən oksigen sensorlarının işlənmiş qazların göstəricilərində dəyişiklik qeydə almasıdır. Avtomobilin elektron idarəetmə sistemi əvvəlki göstəriciləri görmədikdə xəta qeydə ala bilər.

Nəticədə katalizatorun satılmasından əldə edilən gəlir sonradan avtomobilin texniki vəziyyətinin bərpasına, elektron sistemdə yaranan problemlərin aradan qaldırılmasına və yanacaq sərfiyyatının artması ilə bağlı əlavə xərclərə səbəb ola bilər.

Katalizator nə üçün avtomobildə vacibdir?

Sadə dillə desək, katalizator avtomobildən çıxan işlənmiş qazların daha az zərərli hala gətirilməsində iştirak edən əsas hissələrdən biridir.

Avtomobil işləyərkən mühərrikdə yanacağın yanması nəticəsində müxtəlif qazlar yaranır. Katalizator həmin qazların tərkibindəki bəzi zərərli komponentlərin kimyəvi reaksiyalar vasitəsilə daha az zərərli maddələrə çevrilməsinə kömək edir.

Bu səbəbdən katalizatorun avtomobildən çıxarılması yalnız texniki məsələ deyil. Bu detal həm avtomobilin işləmə xüsusiyyətlərinə, həm yanacaq sərfiyyatına, həm də atmosferə buraxılan tullantıların miqdarına təsir göstərə bilər.

Beləliklə, katalizatorun ikinci əl bazarında baha qiymətə satılmasının əsas səbəblərindən biri onun tərkibindəki qiymətli metallardır. Lakin detalı avtomobildən çıxarıb satmazdan əvvəl bunun avtomobilin texniki vəziyyətinə və sonrakı xərclərə mümkün təsirlərini də nəzərə almaq lazımdır.

katalizator qiyməti, avtomobil katalizatoru, katalizator niyə bahadır, katalizator satışı, katalizatorun qiyməti 2026, avtomobil katalizatoru qiyməti, katalizator sökülməsi, katalizatorda qiymətli metallar

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…