Əsas məzmuna keç

Bakı tıxacda boğulur: Prezident tapşırıq verdi, bəs qurumlar niyə nəticə göstərə bilmir?

Bakı tıxacda boğulur: Prezident tapşırıq verdi, bəs qurumlar niyə nəticə göstərə bilmir?

Prezident İlham Əliyev Bakıda nəqliyyat və tıxac probleminə dəfələrlə toxunub. Dövlət başçısı bildirib ki, vaxtilə paytaxtda nəqliyyatın...

en ru

Bakıda son günlər nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Paytaxtın bir sıra əsas küçə və prospektlərində uzun tıxaclar müşahidə olunur, sürücülər və sərnişinlər yolda saatlarla vaxt itirirlər. Şəhərin hərəkətində yaranan bu mənzərə isə Bakının probleminin həlli ilə bağlı illərdir qarşıya qoyulan vəzifələri yenidən gündəmə gətirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev Bakıda və tıxac probleminə dəfələrlə toxunub. bildirib ki, vaxtilə paytaxtda nəqliyyatın yüngülləşdirilməsi və tıxacların azaldılması üçün bir sıra böyük layihələr həyata keçirilib. Lakin avtomobillərin sayının artması və iqtisadi fəallığın yüksəlməsi fonunda Bakının yenidən tıxaclarda boğulmağa başladığını qeyd edib.

Bakının tıxac problemini belə həll edə bilərik” - İlham Əliyev » Patriot.Az

Prezident bununla bağlı aidiyyəti qurumlara tapşırıqlar verildiyini, Bakı üçün Baş planın hazırlandığını və nəqliyyat sisteminin kompleks şəkildə inkişaf etdirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Dövlət başçısının sözlərinə görə, avtobus və metro nəqliyyatının uzlaşdırılması, yeni metro stansiyalarının tikintisi və yeni yol infrastrukturu layihələrinin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, yeni yolların bəzən tıxacın azalmasına deyil, əksinə, artmasına səbəb ola biləcəyini vurğulayan Prezident bu məsələdə təcrübənin nəzərə alınmasının vacibliyini bildirib.

Hazırda isə paytaxt sakinlərinin qarşılaşdığı mənzərə fərqlidir. Xüsusilə “28 May” metro stansiyasının fəaliyyətinin məhdudlaşdırılması, yeni tədris ilinin başlaması ilə məktəb və universitetlərə gediş-gəlişin artması və bunun fonunda nəqliyyat axınlarının düzgün bölüşdürülməməsi şəhərin əsas yollarında yükü daha da artırıb.

Belə vəziyyətdə əsas suallardan biri ortaya çıxır: Prezident səviyyəsində qarşıya konkret vəzifələr qoyulduğu halda, onların şəhərin gündəlik nəqliyyatında nəticəsi niyə kifayət qədər hiss olunmur?

Nəqliyyat eksperti Aslan Əsədov məsələni tək bir qurumun fəaliyyəti ilə əlaqələndirməyin düzgün olmadığını bildirir.

Ekspert "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib ki, tıxacların aradan qaldırılması üçün aidiyyəti qurumlar mütəşəkkil və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər.

Velosiped və skuter istifadəçiləri piyadalara bərabər hesab edilir– Aslan Əsədov (ÖZƏL) - TurkicWorld

Onun fikrincə, problem ümumi nəqliyyat sisteminə hesablanmış kompleks tədbirlər tələb edir.

Aslan Əsədov hesab edir ki, burada avtomobil yollarının inşası, avtomobilləşmə səviyyəsi, nəqliyyat axınlarının idarə olunması və qurumlararası koordinasiya bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmalıdır.

Ekspert vurğulayır ki, nəqliyyat axınlarının idarə olunmasında ümumi koordinasiyanın təşkili vacibdir. Onun sözlərinə görə, müxtəlif qurumların gördüyü işlər bir-birindən ayrı deyil, vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Məsələ də məhz burada aktuallaşır. Bir tərəfdən paytaxtın nəqliyyat probleminin həlli üçün uzunmüddətli layihələr və konkret planlar açıqlanır, digər tərəfdən isə şəhər sakinləri hər gün həmin problemin ən ağır nəticəsi ilə — saatlarla davam edən tıxaclarla üzləşirlər.

Xüsusilə məktəb və universitetlərin açılması, metro infrastrukturunda yaranan məhdudiyyətlər və avtomobil axınının artdığı dövrdə nəqliyyatın əvvəlcədən düzgün təşkil olunması və alternativ marşrutların koordinasiyası xüsusi əhəmiyyət daşıyır.

Başqa sözlə, məsələ yalnız yeni yol və ya yeni metro stansiyasının tikintisindən ibarət deyil. Mövcud infrastrukturun necə idarə olunması, müxtəlif nəqliyyat növlərinin bir-biri ilə necə əlaqələndirilməsi və qurumların birgə fəaliyyətinin necə təşkil edilməsi də nəticəyə birbaşa təsir edir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Bakıda yeni yol layihələri həyata keçirilərkən əsas məqsəd nəqliyyat axınının düzgün qurulması və tıxacların azaldılması olmalıdır. Dövlət başçısının sözlərinə görə, bu zaman beynəlxalq təcrübədən istifadə edilməli və yol layihələrinin şəhərin ümumi nəqliyyat sisteminə təsiri əvvəlcədən nəzərə alınmalıdır.

İndi isə əsas məsələ qarşıya qoyulan bu vəzifələrin şəhərin küçələrində real nəticəyə çevrilməsidir. Çünki Bakı sakinləri üçün nəqliyyat siyasətinin nəticəsi yeni layihələrin elanından çox, səhər evdən çıxarkən yolda neçə dəqiqə və ya neçə saat keçirmələri ilə ölçülür.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…