Əsas məzmuna keç

Zakir Həsənov Milli Qəhrəmanların ailələrinə medal təqdim etdi

Zakir Həsənov Milli Qəhrəmanların ailələrinə medal təqdim etdi

Zakir Həsənov şəhid pilot Vaqif Qurbanov və XTQ mənsubu Pəncəli Teymurovun ailələrinə "Qızıl Ulduz" nişanlarını təqdim etdi. Təltifetmə mərasimindən mühüm detallar...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Mayın 18-də Azərbaycanın general-polkovnik , müdafiə nazirinin birinci müavini - Orsusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə general-polkovnik Z. Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib. O, Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, , Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb.

Nazir Vətən müharibəsində qazanılan şanlı Zəfərdən bəhs edib, şəhidləriin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb.

Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunublar.

Təltifolunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z. Həsənov şəhid qəhrəmanların ailə üzvlərinə “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edib.

Görüşün yekununda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərin xatirəsinin daim uca tutulmasına görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…