Əsas məzmuna keç

Zakir Həsənov HHQ bölmələrində yoxlamalar apardı

Zakir Həsənov HHQ bölmələrində yoxlamalar apardı

General-polkovnik Zakir Həsənov və Namiq İslamzadə HHQ-də yoxlamalar aparıb. Ali Baş Komandanın tapşırıqları, hərbçilərin şəraiti və şəhid ailəsi ilə görüşün detalları.

en ru

general-polkovnik və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə HHQ-nin bölmələrində olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə (MN) məlumat yayıb.

Bildirilib ki, şəxsi heyətlə görüşdə müdafiə naziri Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müdafiə qüdrətinin gündən-günə daha da gücləndiyini vurğulayıb. Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiq icrasının təmin edilməsi istiqamətində Hava Döyüş Komandanlığına müvafiq göstərişlər verib.

Müdafiə nazirinə hərbi hissədə mövcud olan yataqxana, yeməkxana və tibb məntəqəsi təqdim edilib. General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qida normalarına riayət olunması, sanitariya-gigiyena qaydalarının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Həmçinin, ərazidə abadlıq, yaşıllaşdırma tədbirləri çərçivəsində xatirə ağacları əkilib və ailəsi ilə görüş keçirilib. Müdafiə naziri onların qayğıları ilə maraqlanıb, zəruri köməklik göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib. Şəhid ailəsi və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…