Əsas məzmuna keç

Zakir Həsənov HHM bölmələrinin döyüş fəaliyyətini yoxlayıb

Zakir Həsənov HHM bölmələrinin döyüş fəaliyyətini yoxlayıb

Zakir Həsənov və Namiq İslamzadə HHQ-nin yeni silahlarının tətbiqi ilə tanış olublar. HHM bölmələrinin hazırlığı necədir? Nazirin mühüm tapşırıqları və detallar.

en ru

general-polkovnik və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin () komandanı general-leytenant İslamzadə hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.

Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin , həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.

General-polkovnik Zakir Həsənov keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…