Rusiya Dövlət Dumasının IX çağırışının ilk iclasında Vyaçeslav Volodin parlamentin sədri vəzifəsinə yenidən seçilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, TASS məlumat yayıb.
Bildirilib ki, Volodinin namizədliyinə 442 deputatdan 406-sı səs verib.
Kommunist Partiyasının namizədi Dmitri Novikov isə 36 səs toplayıb.
Vyaçeslav Volodinin namizədliyi Dövlət Dumasında çoxluq təşkil edən "Vahid Rusiya" fraksiyası tərəfindən irəli sürülüb. Partiya parlament seçkilərində qalib gəlib.
Volodin seçkilərdə fəal iştirak edən Rusiya vətəndaşlarına təşəkkür edib. O bildirib ki, vətəndaşlar müxtəlif təhdidlərə baxmayaraq, deputatlara dəstək veriblər.
Dövlət Dumasının sədri həmçinin seçicilərin Rusiya Prezidenti Vladimir Putinin müəyyən etdiyi siyasi kursa həmrəyliyini ifadə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu mövqe ölkənin qarşıya qoyduğu məqsədlərə nail olmasına töhfə verib.