Əsas məzmuna keç

İran parlamentinin sədri Bağdadda səfərdədir

İran parlamentinin sədri Bağdadda səfərdədir

Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti İraq rəsmiləri ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

en ru

İran İslam Şurası Məclisinin sədri Bağır Qalibaf yüksək səviyyəli ilə İraqın paytaxtı Bağdada rəsmi səfər edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İranın rəsmi “IRNA” agentliyinin məlumatına görə, səfərin əsas məqsədi Tehran və arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsidir.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi əsas müzakirə mövzularından biri olacaq.

Tərəflərin həmçinin sərhəd təhlükəsizliyinin təmin olunması və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəkləri bildirilir.

Qalibafın Bağdad səfəri Tehran və Bağdad arasında regional təhlükəsizlik çağırışları fonunda əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…