Əsas məzmuna keç

Yaponiyada Rusiya mədəniyyət festivalı keçiriləcək

Yaponiyada Rusiya mədəniyyət festivalı keçiriləcək

Yaponiyada Rusiya mədəniyyət festivalı keçiriləcək

en ru

Yaponiyada 21-ci Mədəniyyəti Festivalının açılışı keçiriləcək.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mərasim 11 may tarixində Tokioda, Ginza Blossom Konsert Zalında baş tutacaq. Açılışda rus violonçel ifaçısı Aleksandr Ramm, klarnet ifaçısı Nikita Lyutikov və pianoçu Timofey Vladimirov çıxış edəcəklər.

Tədbirdə həmçinin musiqiçilər – bas ifaçısı Tomoya Vatanabe, soprano Asami Hattori, skripkaçı Kokoro İmagava və violonçel ifaçısı Makio Horie də səhnə alacaqlar.

Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy iştirakçılarını zəngin və möhtəşəm proqramın gözlədiyini bildirib. Onun sözlərinə görə, tədbir çərçivəsində pianoçu Denis Matsuev, İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı, Sankt-Peterburq Filarmoniyası Simfonik Orkestri, klassik balet truppaları və digər tanınmış musiqiçilər çıxış edəcəklər.

Festival çərçivəsində Tokio sakinləri və şəhərin qonaqları rus və yapon sənətçilərinin birgə çıxışlarını izləyə, həmçinin sərgilərə və film nümayişlərinə qatıla biləcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…